Dəmir yumruq » İdman » Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
İdman / 26-03-2026, 07:36

Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, millimiz növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.