Dəmir yumruq » İdman » 20 yaşlı futbolçu güllələnərək öldürüldü
İdman / Bugün, 08:31

20 yaşlı futbolçu güllələnərək öldürüldü

 

İsveçin Örebro şəhərində baş verən atışma nəticəsində "Forvard" klubunun 20 yaşlı qapıçısı Huqo Mosshagen həlak olub.

QOL.az xəbər verir ki, bu haqda "Aftonbladet" məlumat yayıb.

Hadisə 21 mart axşamı şəhərin qərb hissəsindəki dayanacaqda yaşanıb. Polisə yerli vaxtla saat 23:26-da zəng daxil olub və hadisə yerində yaralı kişi olduğu bildirilib. Daha sonra Huqo Mosshagen dünyasını dəyişib.

İsveç polisi hələlik cinayətkarı tapmayıb və hadisənin araşdırıldığını bildirib.

Hücum zamanı Mosshagen ən azı bir tanışı ilə birlikdə idi. O, İsveçin dördüncü divizionunda yer alan "Forvard" klubunun əsas komandasında oynayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.