Azərbaycan I Liqasında XVIII tur davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən turun ikinci oyun günündə daha 3 matç keçiriləcək.
Turun mərkəzi qarşılaşmasında "Mingəçevir" və "Səbail" komandaları üz-üzə gələcəklər. Premyer Liqaya can atan komandaların görüşünü baş hakim Əli Əliyev idarə edəcək.
Digər oyunlara gəlincə, "Şahdağ Qusar" Şamaxıda MOİK-i, "Difai" isə Ağsuda liderin ən yaxın izləyicisi "Baku Sportinq"i sınağa çəkəcək.
Turun açılış oyununda "Şəfa" "Şimal"ı 2:0 hesabı ilə məğlub edib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan I Liqası
XVIII tur
12 mart
15:00. “Şahdağ Qusar” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Difai” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu. Şəhər stadionu.
15:00. “Mingəçevir” – “Səbail”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).