Dəmir yumruq » İdman » ÇL-də həftənin ən yaxşısı adına namizədlər
İdman / Bugün, 07:30

ÇL-də həftənin ən yaxşısı adına namizədlər

 

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

QOL.az xəbər verir ki, namizədlər PSJ-dən Xviça Kvaratsxeliya, “Real”dan Federiko Valverde, “Atletiko”dan Yulian Alvares və “Bavariya”dan Maykl Olisedir.

Xviça "Çelsi" ilə matçda dubl edib və 1 qolun ötürməsini verib. Valverde "Mançester Siti" ilə oyunda het-trik edib. Alvares "Tottenhem"lə görüşdə 2 dəfə fərqlənib və 1 məhsuldar ötürmə verib. Olise isə "Atalanta" ilə qarşılaşmada dubl edib.

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.