Dəmir yumruq » İdman » "Turan Tovuz" üçün xüsusi qələbə
İdman / Bugün, 08:05

"Turan Tovuz" üçün xüsusi qələbə

 

“Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının 23-cü turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.

50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/23 mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.