Bu gün Azərbaycan 1-ci liqasında 17-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
“Səbail” “Cəbrayıl”ın, “Difai” isə MOİK-in qonağı olacaq. Hər iki görüş saat 15:00-da başlayacaq.
6 mart (cümə)
15:00. “Cəbrayıl” – “Səbail”
Hakimlər: Şamil İmanzadə, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Namiq Bəkirov
Şamaxı OİK stadionu
15:00. MOİK – “Difai”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov
Binə qəsəbə stadionu
5 mart (cümə axşamı)
“Bakı Sportinq” – “Mingəçevir” - 0:1
“Şəfa” – “Şahdağ Qusar” - 2:1
“Zaqatala” – “Şimal” - 3:4