Dəmir yumruq » İdman » "Futbolçu olduğum dönəmdə rəhbərlikdən küsmüşəm" - "Qarabağ"ın baş məşqçisi
İdman / Bugün, 09:36

"Futbolçu olduğum dönəmdə rəhbərlikdən küsmüşəm" - "Qarabağ"ın baş məşqçisi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçu olduğu dönəmdə klub rəhbərliyindən küsüb.

Demiryumruq.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu harədə Məşqçilərin I Forumunda deyib.

O, indiki oyunçularda da oxşar hərəkətləri gördüyünü söyləyib:

"Futbolçu olduğum dönəmdə rəhbərlikdən küsmüşəm. İndi bunu futbolçulardan görəndə onları başa düşürəm, yanlarında oluram. Çünki bunları yaşamışam".

Q.Qurbanov Avropa futbolundan çox geri qaldığımızı sözlərinə əlavə edib:

"Yaxşı məşqçi olmaq istəyirsənsə, ilk növbədə peşəni sevməli və məsuliyyətli olmalısan. Bəzən yorğunluqdan şikayət edirik. Avropa futbolu daim inkişaf edir. Məşqçi kimi çalışmaq vaxt getdikcə çətinləşir. Daha çox keyfiyyəti artırmalıyam. Bu işi sevirəmsə, məsuliyyəti dərk edirəmsə, daim çalışacağam. Bunun üçün şərait də önəmlidir"./Report



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.