Dəmir yumruq » İdman » Millimiz Moldova ilə qarşılaşacaq
İdman / Bugün, 08:31

Millimiz Moldova ilə qarşılaşacaq

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

QOL.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Komanda Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Bildirilib ki, hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.