Dəmir yumruq » İdman » Azərbaycan UEFA reytinqində gerilədi
İdman / Bugün, 07:05

Azərbaycan UEFA reytinqində gerilədi

 

Avrokubokların pley-off mərhələlərinin ilk oyunları çərçivəsində keçirilən görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasında "Nyukasl"a 1:6 hesabı ilə uduzub.

Hazırda Azərbaycan UEFA sıralamasında 22.937 əmsalla 27-cidir. Ölkəmiz əvvəlki sıralama ilə müqayisədə 1 pillə geriləyib.

26-cı pilləyə 23.343 əmsalla Sloveniya yüksəlib. 28-ci sıradakı Slovakiyanın isə 22.375 əmsalı var.

Siyahıya İngiltərə (112.352 əmsal) liderlik edir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.