“Qəbələ” qış transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.
QOL.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüblər.
Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi komandaların formasını geyinib.
O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.