Dəmir yumruq » İdman » Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı
İdman / 10-02-2026, 07:46

Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı

 

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundova qarşı cinayət işi başlanılıb.

QOL.az-ın “Qafqazinfo”ya istinadən  verdiyi məlumata görə, federasiya prezidenti barəsində artıq qərar qəbul edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ qətimkan tədbiri sayılır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyətlərə əməl etməsi şərti ilə tətbiq olunur.

Qeyd edək ki, Zaur Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.