Dəmir yumruq » İdman » U-21 millimiz yoxlama oyununda qalib gəldi
İdman / Bugün, 13:58

U-21 millimiz yoxlama oyununda qalib gəldi

 

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

QOL.az xəbər verir ki, U-21 millimiz 1-ci Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.

“Dalğa Arena”nın məşq meydançasında keçirilən görüş Rəşad Eyubovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.