Xəbər lenti
Dəmir yumruq » İdman » Fransanın məşhur klubu Elvin Cəfərquliyevi istəyir
İdman / Bugün, 09:52

Fransanın məşhur klubu Elvin Cəfərquliyevi istəyir

 

Fransanın məşhur klublarından olan "Sent-Etyen" "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.

QOL.az  “butfootballclub.fr” nəşrinə istinadən xəbər verir ki, Elvinin bu qış transfer edilməsi üçün "Qarabağ"la danışıqlar gedir.

Xəbərdə qeyd edilib ki, Elvin Cəfərquliyev bir neçə ildir ki, "Qarabağ"ın uğurlarında böyük rol oynayır, xüsusən Avropa turnirlərindəki çıxışları ilə diqqət çəkir. Yazıda 25 yaşlı müdafiəçinin 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçildiyi və bu mövsüm sabit çıxışı ilə seçildiyi qeyd olunub.

"Sent Etyen"in son illərdə bir neçə gənc futbolçu aldığı və Cəfərquliyevin də bu siyasətə uyğun bir seçim olduğu bildirilib.

Qeyd edək ki, "Sent Etyen" hazırda Fransanın 2-ci liqasında çıxış edir və 18 turdan sonra 31 xalla 4-cü pillədə qərarlaşıb.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.