Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lala Kramarenko 2026-cı il üçün Rusiyanın bədii gimnastika üzrə milli komandasının heyətinə salınmayıb.
QOL.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
L.Kramarenko bədii gimnastika üzrə 2024-cü il Rusiya çempionu və yeniyetmələr arasında üçqat dünya çempionudur.
2025-ci ilin əvvəlində Kramarenkonun məşqçisi İrina Viner gimnastın 2024-cü ildə dizindən uğursuz əməliyyat keçirdiyini bildirsə də, sonradan bu məlumat təkzib olundu. 2025-ci ilin noyabrında isə Lala Kramarenko karyerasını bərpa etdiyini açıqlamışdı.
21 yaşlı Lala Kramarenko həmçinin Avropa çempionudur (2021).
O, 2024-cü ildə Rusiyanın bədii gimnastika üzrə çempionatında 5 qızıl medal qazanıb.
