Bu gün futbolçumuz Yusif Həsənov 16 yaşa qədəm qoyur.
Hələ 6 yaşı tamam olmamış Y. Həsənov futbolda ilk addımlarını atırdı. Ötən 10 il ərzində bir neçə futbol akademiyaların aşağı yaş quruplarında möhtəşəm çıxışı ilə diqqətləri özünə cəlb etməyi bacaran qapıçı, ölkənin ən titullu klublarından olan Neftçi futbol akademiyasına cəlb edildi. Bundan sonra da inanırıq ki, gənc qolkiper istedadı ilə xarici klubların marağına səbəb olacaq. Onu da nəzərinizə çatdıraq ki, Y. Həsənov hazırda müqavilə ilə Neftçi futbol akademiyasına məxsüsdur. Qapıçımızı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq!