Dəmir yumruq » İdman » "Araz-Naxçıvan"ın Elmar Baxşıyevlə yollarını ayırmasının SƏBƏBİ AÇIQLANDI
İdman / Bugün, 08:49

"Araz-Naxçıvan"ın Elmar Baxşıyevlə yollarını ayırmasının SƏBƏBİ AÇIQLANDI

 

"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə müqaviləyə xitam verib.

Demiryumruq.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin İdarə Heyətinin iclasında qərar qəbul olunub.

Keçirilən iclasda komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.