AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turundakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, "Karvan-Yevlax" - "Neftçi" oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını vurğulayıb.
"Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah" oyunlarında isə hakimlərin düzgün qərar verdikləri bildirilib.