Xəbər lenti
Dəmir yumruq » İdman » 185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
İdman / Bugün, 08:22

185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük

 

Misli Premyer Liqasında 2025-ci ilə yekun vurulub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.

2024/25 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.

Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.

Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan-Yevlax” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.

2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.

Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu “Sabah” isə ilin 3-cü komandasıdır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.