Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
B.Quliyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) - “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.