Dəmir yumruq » İdman » Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
İdman / Dün, 07:54

Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a

 

"Ayaks” son oyunlar uğurlu çıxışları ilə diqqət çəkir.

QOL.az-ın xəbərinə görə, ötən həftə UEFA Çempionlar Liqasında Bakıda “Qarabağ”ı məğlub edən (4:2) Amsterdam təmsilçisi dünən Niderland çempionatının 16-cı turunda evdə turnir cədvəlinin ikincisi olan “Feyenoord”da da qalib gəliblər - 2:0. 

"Yohan Kroyf" arenada keçirilən matçda qolları Davi Klaassen (13) və Jorthy Mokio (90+4, pen.) vurublar.

Bu, “Ayaks”ın dalbadal 4-cü qələbəsi olub (1-i Çempionlar Liqası, 3-ü Erediviziyada).

“Feyenoord” üzərindəki qələbə sayəsində xalını 29-a yüksəldən Fred  Qrimin komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.