Xəbər lenti
Dəmir yumruq » İdman » Özbəkistan millisinin baş məşqçisindən DÇ-2026-nın püşkünə şərh
İdman / Bugün, 08:17

Özbəkistan millisinin baş məşqçisindən DÇ-2026-nın püşkünə şərh

 

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın püşkünü dəyərləndirib.

QOL.az xəbər verir ki, püşkə əsasən, Özbəkistan yığması mundialın K qrupunda Portuqaliya, Kolumbiya və qitələrarası pley-off – yol 1-in (Yeni Kaledoniya/Yamayka/Konqo) qalibi ilə üz-üzə gələcək.

Mütəxəssis dünya çempionatında zəif rəqibin olmadığını vurğulayıb. Onun sözlərinə görə, istənilən komanda ilə qarşılaşma ehtimalı əvvəlcədən məlum idi və buna görə də püşkün nəticəsinə sakit, inamlı və optimist yanaşmaq lazımdır.

Kannavaro Özbəkistan millisinin düşdüyü qrupu müsbət qiymətləndirib və Portuqaliya ilə Kolumbiyaya qarşı görüşlərin futbolçular üçün əla təcrübə fürsəti olacağını deyib:

“Bu, dünya çempionatıdır. Belə turnirdə hər bir rəqib güclüdür. Portuqaliya da, Kolumbiya da öz tarixi, oyun üslubu və güclü futbolçuları ilə fərqlənir. Bizim üçün bu qarşılaşmalar əvəzolunmaz təcrübə və gözəl anlar olacaq”.

Fabio Kannavaro mundialda iştirakın özü-özlüyündə böyük şərəf olduğunu da xüsusi qeyd edib: “Dünya çempionatında olmaq özü bir şərəfdir. Püşkdə hər şey mümkündür – bu, futboldur. Burada olmağımıza və Özbəkistan bayrağı altında çıxış etmək imkanına sahib olduğumuza görə çox sevinirik”.

Kannavaro sonda azarkeşləri dəstəyi davam etdirməyə çağırıb və komandanın turnirə tam hazır şəkildə yollanacağını deyib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.