Dəmir yumruq » İdman » "Neftçi" Samir Abasovu istefaya göndərdi
İdman / Dün, 09:17

"Neftçi" Samir Abasovu istefaya göndərdi

 

"Neftçi" baş məşqçisi Samir Abasovu istefaya göndərib.

Demiryumruq.az Teleqraf-a istiandən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub.

Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.

Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından "Neftçi"nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.