Dəmir yumruq » İdman » Millimizin dünya çempionatı üçün heyəti açıqlandı - Teymur Rəcəbov da var
İdman / Bugün, 17:30

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı - Teymur Rəcəbov da var

 

Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.
 
Yarışda Azərbaycan 14 şahmatçı ilə təmsil olunacaq.
 
Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.
 
Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan artıqdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.