21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Rəşad Eyyubovun çalışdırdırdığı millimiz 5-ci matçında səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Europa Point Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə 2 oyunda uduzub, 2 görüşdə isə heç-heçə edib. Komanda 2 xalla 5-ci pillədədir.
18 noyabr
22:00.Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)
Baş hakim: Andrei Çivulete (Rumıniya)
“Europa Point Stadium”.