Dəmir yumruq » İdman » Millimizin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda
İdman / Bugün, 07:42

Millimizin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda

 

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə keçiriləcək oyunuları üçün biletlər satışa çıxarılıb.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

 iTicket.az-da onlayn şəkildə satılan biletlər İslandiya ilə görüş üçün 5-30, Fransa ilə oyun üçün 5-200 manat arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.