Dəmir yumruq » İdman » Ayxan Abbasov onu millidən göndərdi - Qalmaqal
İdman / Bugün, 11:10

Ayxan Abbasov onu millidən göndərdi - Qalmaqal

 

Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.

QOL.az-ın azerisport.com-a istinadən yaydığı məlumata görə, 26 yaşlı hücumçu Fransaya qarşı keçirilən oyunun ikinci hissəsində meydana buraxılmalı imiş. Lakin taktiki və oyunla bağlı səbəblərə görə, onun əvəzinə başqa bir futbolçu oyuna daxil edilib. 

Bu qərar Polşanın "Motor" klubunda çıxış edən və hazırda ən yaxşı formada olmayan hücumçunun xoşuna gəlməyib və o, narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə Dadaşov növbəti oyunun - Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb.

Hazırda Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.