Dəmir yumruq » İdman » “Bodo-Glimt”in qapıçısı Rusiya millisindən imtina edib
İdman / Bugün, 12:24

“Bodo-Glimt”in qapıçısı Rusiya millisindən imtina edib

 

“Bodo-Glimt”in qapıçısı Nikita Xaykin FIFA sistemində vətəndaşlığı kimi Böyük Britaniyanı göstərib.

QOL.az xəbər verir ki, bu haqda “Sport Baza” məlumat yayıb. 30 yaşlı qapıçı yaxın zamanda daha bir dəyişiklik edərək Norveçə vətəndaşlığı almağı və həmin ölkənin milli komandasında çıxış etməyi planlaşdırır.

Qeyd olunur ki, Rusiya milli komandası məşqçi heyəti ən azı dörd dəfə Xaykinə dəvət göndərsə də, hər dəfə imtina cavabı alıb. O, bununla Rusiyanın idman vətəndaşlığındsn imtina edib. Mənbənin məlumatına görə, futbolçu artıq Norveç pasportu üçün dil testlərini verib və pasport ona sürətləndirilmiş sistemlə hazırlanır.

Xaykin 2023-cü ildən “Bodo-Glimt”də oynayır, həmçinin 2019–2022-ci illərdə də bu komandada çıxış edib. Komanda ilə birlikdə 4 dəfə Norveç çempionu olub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.