Dəmir yumruq » İdman » Mundiala neçə komanda vəsiqə qazanıb?
İdman / 9-10-2025, 08:53

Mundiala neçə komanda vəsiqə qazanıb?

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Misir millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Cibutini 3:0 hesabı ilə məğlub edərək A qrupunda birinci yeri təmin edib. Bununla da onlar mundialda oynamaq hüququ qazanıblar.

Bugünə qədər final mərhələsində iştirakını təmin edən yığmalar aşağıda adları qeyd olunanlardır: 

ABŞ (təşkilatçı ölkə), Meksika (təşkilatçı ölkə), Kanada (təşkilatçı ölkə), Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador, Yeni Zelandiya, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir

Dünya çempionatı 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq.

QOL.az xəbər verir ki, Misir yarışda iştirak hüququnu təmin edən 19-cu komanda olub. Çempionatda ümumən 48 milli yarışacaq. 

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.