Dəmir yumruq » Hadisə » Oxu.azOxu.az Live İlham Əliyev UEFA Avropa Liqası UEFA Konfrans Liqası 44 günlük Vətən müharibəsi Zəngəzur dəhlizi Hava proqnozu Neokolonializmlə mübarizə AZ Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı
Hadisə / 6-11-2026, 09:19

Oxu.azOxu.az Live İlham Əliyev UEFA Avropa Liqası UEFA Konfrans Liqası 44 günlük Vətən müharibəsi Zəngəzur dəhlizi Hava proqnozu Neokolonializmlə mübarizə AZ Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı

 

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi üçün zəruri tədbirləri Maliyyə Nazirliyi həyata keçirəcək.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.
 
Dəyişiklik AZCON və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan səhmdar cəmiyyətlərə şamil edilmir.
 
Qərar dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarına, gəlir və xərc smetalarının icrasının monitorinqinə, habelə xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinə dair qaydaları təsdiqləyən Prezidentin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.