Xəbər lenti
Dəmir yumruq » Hadisə » Baş prokuror Səbaildə vətəndaşları qəbul etdi - Fotolar
Hadisə / Bugün, 16:58

Baş prokuror Səbaildə vətəndaşları qəbul etdi - Fotolar

   

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
 
Demiryumruq.az xəbər verir ki, bu gün Baş prokuror Kamran Əliyev Səbail Rayon Prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.
 
Qəbuldan əvvəl inzibati binada Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
 
Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.