Dəmir yumruq » Hadisə » Şəhid Yasər Bəkirov anılıb - Foto
Hadisə / Bugün, 07:22

Şəhid Yasər Bəkirov anılıb - Foto

 

 

Şəhid Yasər Bəkirov 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Yasər Bəkirov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub.
Yasər Bəkirov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
01 oktyabr şəhidin anım günü Şamaxı Şəhidlər xiyabanında qeyd olundu. Məzarı üzərinə tər qərənfillər süzülərək, ruhu dərin ehtiram, hörmətlə yad olunub. 
Allah şəhidlərimizə rəhmət etsin.. 
Kamil Hüseynov,
ictimai fəal, Azərbaycan jurnalistlər birliyinin üzvü, Dəmir Yumruq media diplomu mükafatçısı 

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.