Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Baş redaktor: Anar Əlişahoğlu Telefon: +99499 100 99 23 Telefon: +99477 100 77 23 Email: [email protected] Haqqımızda
© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.