Dəmir yumruq » Hadisə » xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - Fotolar
Hadisə / Dün, 15:09

xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - Fotolar


    

Sentyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis Akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.

Demiryumruq.az xəbər verir ki, nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, uğurlar arzulayıb.

Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Kursantlara Vətənimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edilib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.