Dəmir yumruq » Hadisə » Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Hadisə / Bugün, 12:22

Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

 

 

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.