Dəmir yumruq » Hadisə » Son 1 həftədə təbiətə 43 min manatdan çox ziyan vuruldu
Hadisə / Dün, 19:06

Son 1 həftədə təbiətə 43 min manatdan çox ziyan vuruldu

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
 
Demiryumruq.az xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Araşdırma zamanı Şirvan şəhəri Tofiq İsmayılov küçəsində, İsmayıllı rayonunun İvanovka kəndi və Lənkəran rayonunun Qrumba kəndinin inzibati ərazisində, eləcə də Xocavənd rayonu Zoğalbulaq-Azıx avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 43 150 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
 
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.