Dəmir yumruq » Hadisə » Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
Hadisə / Dün, 18:15

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

 

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.
Demiryumruq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi 2026-cı ildə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yenidən təşkili əsasında yaradılıb. Mərkəz beynəlxalq və regional proseslərin, təhlükəsizlik məsələlərinin, eləcə də multikulturalizm sahəsində elmi-analitik araşdırmaların aparılması ilə məşğul olacaq.
 
Mərkəzin hazırkı adı və yeni hüquqi statusu 2026-cı ilin iyulunda təsdiqlənib. 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.