Dəmir yumruq » Hadisə » Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab
Hadisə / Bugün, 13:33

Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab


  

Qroznı-Bakı marşrutu üzrə birbaşa aviareyslərin oktyabrın sonundan bərpası planlaşdırılmır.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

“Hazırda hava limanının qış mövsümü üçün təsdiqlənmiş uçuş cədvəlində Qroznı–Bakı istiqaməti üzrə birbaşa reyslər nəzərdə tutulmayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Qroznı Beynəlxalq Aeroportu “Utair” aviaşirkətinin oktyabrın 27-dən etibarən Qroznı–Bakı marşrutu üzrə müntəzəm birbaşa reysləri bərpa edəcəyini açıqlamışdı.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.