Dəmir yumruq » Hadisə » Kamran Əliyev vətəndaşları qəbul etdi - Fotolar
Hadisə / 4-09-2026, 18:24

Kamran Əliyev vətəndaşları qəbul etdi - Fotolar

 

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun inzibati binasında Yasamal rayonundan olan vətəndaşları qəbul edib.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, qəbulda iştirak edən 65 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.