Dəmir yumruq » Hadisə » Xırdalanda obyektdə baş verən güclü yanğın söndürülüb
Hadisə / 4-09-2026, 07:22

Xırdalanda obyektdə baş verən güclü yanğın söndürülüb


  

Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən yanğın söndürülüb.

Məlumat sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.

"Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.