Dəmir yumruq » Hadisə » Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
Hadisə / 3-09-2026, 12:40

Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib

 

 

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib.

Demiryumruq.az "Report"a istinadən xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 334 ton taxta göndərilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.