Dəmir yumruq » Hadisə » Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb
Hadisə / 28-08-2026, 10:19

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb

 

Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə yola salınan köç karvanları təyinat yerlərinə çatıb.

Ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyliyə 15 (86 nəfər), Horovluya isə 3 ailə (12 nəfər) köçürülüb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.