Dəmir yumruq » Dünya » Tramp, Putin və Szinpin arasında üçtərəfli görüş olacaq
Dünya / 14-11-2026, 07:52

Tramp, Putin və Szinpin arasında üçtərəfli görüş olacaq

 

ABŞ Prezidenti Donald Tramp gələn həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin Sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirəcək.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri jurnalistlərə məlumat veriblər.
 
Rəsmilərin sözlərinə görə, ABŞ, Çin və Rusiya liderlərinin ilk dəfə keçiriləcək üçtərəfli görüşünün əsas mövzusu nüvə silahlarının ləğvi olacaq. Tərəflərin İran məsələsini də müzakirə edəcəyi gözlənilir.
 
Bununla yanaşı, Donald Trampın görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilir.
 
ABŞ rəsmiləri görüşün konkret razılaşma ilə nəticələnəcəyini gözləmədiklərini, danışıqları nüvə tərk-silahı məsələsində ilkin müzakirə kimi qiymətləndirdiklərini qeyd ediblər.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.