Dəmir yumruq » Dünya » Zelenski hər şeyi açıqladı: Tramp şantaj edir!
Dünya / Bugün, 12:42

Zelenski hər şeyi açıqladı: Tramp şantaj edir!

 

ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya qarşısında təslim olmağa məcbur etməyə çalışır.
 
Demiryumruq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Blumberq”ə müsahibəsində deyib.
 
“Ukraynanı kapitulyasiyaya razı salmaq üçün müəyyən addımlar atılıb. Tərəfdaşlarımızın məhz bu məqsədi güddüyünü demirəm. Düşünmək istəmirəm ki, amerikalı tərəfdaşlarımız müharibənin Ukraynanın hesabına daha tez başa çatdırıla biləcəyini düşünürlər. Lakin vəziyyət məhz belə görünür. Vaşinqtonun qeyri-dost addımları arasında “Starlink”in sürətinin məhdudlaşdırılması və “Patriot” sistemləri üçün raketlərin tədarükünün gecikdirilməsi də var. Hazırda ABŞ Ukraynaya ayda cəmi 12 ədəd “Patriot” raketi tədarük edir, bu da Baydenin prezidentliyi dövründəki göstəricidən dörd dəfə azdır. Bununla yanaşı, Ukrayna silahlar üçün artıq ödəniş edib, lakin Vaşinqton tədarüklərin yalnız bir hissəsini təsdiqləyib.
 
Eyni zamanda, ABŞ Ukraynanı Rusiya neft emalı zavodlarına hücum edəcəyi təqdirdə hərbi yardımı dayandırmaqla hədələyir. Mənim son təklifim belə idi: biz Rusiyanın dizel yanacağına zərbələr endirmirik, siz isə obyektlərimizi qorumaq üçün bizə “Patriot” raketləri verirsiniz. Lakin onlar sadəcə bizim dizel yanacağına hücumları dayandırmağımızı istəyirlər. Əgər zərbə endirsək, bizi nədənsə məhrum edəcəklər”, – o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.