Dəmir yumruq » Dünya » Makronun vəziyyəti..
Dünya / Bugün, 12:39

Makronun vəziyyəti..

 

Kütləvi nümayişlər və küçə toqquşmaları Fransa Prezidenti Emmanuel Makronun siyasi reytinqinə növbəti ağır zərbə olub.
 
Demiryumruq.az xəbər verir ki, Böyük Britaniyanın "Teleqraf" nəşri baş verən hadisələri "makronizmin ölüm qıcolmaları" adlandıraraq, mövcud böhranı Fransa liderinin təsir gücünün zəifləməsi ilə əlaqələndirib.
 
Qəzetin təhlilinə əsasən, bu etiraz dalğasından sonra Makronun ölkə daxilində siyasi kapitalını qoruyub saxladığını iddia etmək üçün, demək olar ki, heç bir rəsmi əsası qalmayıb.
 
Fransada gərginlik pik həddə çatdı: Makronun istefası tələb olunur
 
Nəşrə görə, onun mövqelərini sarsıdan əsas amillərdən biri də 2024-cü ildə növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı qəbul etdiyi qərar olub.
 
Qəzet, həmçinin Fransa hökumətinin fəaliyyətində yaranan mürəkkəbliklərə də diqqət çəkir. Məqalədə qeyd olunur ki, hökumət, hətta büdcənin təsdiqlənməsi prosesinin belə öhdəsindən çətinliklə gəlir və daxili böhranlar bir-birini əvəz edir.
 
Qeyd edək ki, oktyabrın 17-də şənbə günü bütün Fransa boyu növbəti etiraz dalğası baş tutub. Aksiya iştirakçıları yaşayış xərclərinin kəskin artmasına qarşı çıxış ediblər. Nümayişlər polis qüvvələri ilə qarşıdurmalar, dağıntılar və vandalizm hərəkətləri ilə müşayiət olunub. Radikalyönümlü gənclər mağazalara ziyan vurub, ictimai nəqliyyat dayanacaqlarını və avtomobilləri yandırıblar. Asayiş keşikçiləri iğtişaş iştirakçılarını dağıtmaq məqsədilə gözyaşardıcı qaz, səs qumbaraları və su şırnaqlarından istifadə etməyə məcbur olublar.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.