Dəmir yumruq » Dünya » Putinin Ukrayna məsələsinə dair üçtərəfli görüş təklifi qəbul olunmayıb?
Dünya / Bugün, 12:33

Putinin Ukrayna məsələsinə dair üçtərəfli görüş təklifi qəbul olunmayıb?

 

Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderlərinə - Donald Tramp və Si Cinpinə Ukrayna böhranının həlli yollarına dair müzakirə aparmaq məqsədilə gələn ay bir araya gəlməyi təklif edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri öz mənbəsinə istinadən məlumat yayıb.
 
Rusiyanın keçmiş kəşfiyyat əməkdaşı olan qaynağın deməsinə görə, Putin sözügedən təşəbbüsü oktyabrın 9-də ABŞ prezidenti ilə baş tutan telefon danışığı zamanı irəli sürüb.
 
ABŞ-nin yüksəkvəzifəli bir rəsmisi isə bildirib ki, Ağ Ev rəhbəri hələlik belə bir sammitin keçirilməsinə razılıq verməyib. Bununla belə, məmur qeyd edib ki, Birləşmiş Ştatların prezidentinin seçkiqabağı vədlərini yerinə yetirmək və mövcud münaqişəyə son qoymaq niyyəti nəzərə alınarsa, o, həmin ideyaya müsbət yanaşa bilər.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.