Dəmir yumruq » Dünya » "Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
Dünya / Bugün, 08:18

"Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin

 

Rusiyaya birbaşa hücum olacağı təqdirdə, mövcud olan bütün silah növlərinin tətbiqi məsələsi dərhal gündəmə gələcək”.
 
Demiryumruq.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyasında çıxışı zamanı qeyd edib.
 
Rusiya lideri NATO ilə birbaşa hərbi münaqişə ehtimalını qiymətləndirərək qarşı tərəfin canlı qüvvə sayında üstünlüyə malik olduğunu etiraf edib:
 
“Bəli, əlbəttə, Fransa və Böyük Britaniya nüvə dövlətləridir, biz bunu çox gözəl anlayırıq. Lakin bu gün Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur. Biz heç kimi hədələmirik, sadəcə müdafiə vasitələrimizin olduğunu bildiririk”.
 
Qeyd edək ki, “Valday” klubunun XXIII iclasında 40 ölkədən 120 nümayəndə iştirak edir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.