Dəmir yumruq » Dünya » "Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
Dünya / Bugün, 06:39

"Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan

"

Türkiyə Yunanıstanın düşməni deyil, onun qonşusu və NATO çətiri altında müttəfiqidir”.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 
Türkiyə lideri Yunanıstanda yaxınlaşan seçkilər fonunda Baş nazir Kiriakos Mitsotakis tərəfindən F-35 qırıcılarının satışı ilə bağlı verilən bəyanatların iki ölkə arasındakı yumşalma və danışıqlar mühitinə təsiri barədə suala cavab verib:
 
“Yunanıstanın və ya başqa qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər – bunlar bizim məsələmiz deyil. Bizim məsələmiz Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülhün və sakitliyin qorunmasıdır. Bunu bir dəfə çox aydın şəkildə demək istəyirəm: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir”.
 
Ərdoğan iki ölkə arasındakı münasibətlərin seçki materialına çevrilməyəcək dərəcədə zərif və mühüm olduğunu vurğulayıb:
 
“Sözügedən müzakirələrə məhz bu bucaqdan baxırıq. Biz öz gündəmimizə fokuslanmışıq və hazırda öz işimizlə məşğuluq”.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.