Dəmir yumruq » Dünya » Ukrayna və İran XİN rəsmiləri danışdı
Dünya / 29-07-2026, 11:00

Ukrayna və İran XİN rəsmiləri danışdı

 

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib.
 
Demiryumruq.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşıb.
 
Sibiqa bildirib ki, Ukraynanın bütün addımları yalnız ölkəni Rusiyanın təcavüzündən müdafiə etməyə yönəlib.
 
O, Ukraynanın heç vaxt mülki gəmiləri və ya insanları hədəf almaq niyyəti daşımadığını bildirib.
 
Nazir qeyd edib ki, İranın son insidentdə həlak olan vətəndaşı və zərər görən mülki gəmi ilə bağlı açıqlamalarına münasibətdə də Ukraynanın mövqeyi dəyişməz olaraq qalır.
 
Onun sözlərinə görə, baş verən hadisələrin və itkilərin əsas səbəbi Rusiyanın Ukraynaya qarşı apardığı müharibədir.
 
Andriy Sibiqa həmçinin İranı vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstəyi dayandırmağa çağırıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.