Dəmir yumruq » Cəmiyyət » "Sahilyanı sağlamlıqla bağlı qanunvericiliyə ehtiyac var”
Cəmiyyət / Bugün, 15:56

"Sahilyanı sağlamlıqla bağlı qanunvericiliyə ehtiyac var”

"Sahilyanı sağlamlığı qanunvericiliyə gətirə bilməmişik”. 

 
Demiryumruq.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirib.
 
“Postsovet ölkələrindən yalnız ikisində sahilyanı sağlamlıqla bağlı qanun qəbul edilib. Düşünürəm ki, bu istiqamətdə milli qanunvericilikdə yeniliyə ehtiyac var”, - şöbə müdiri qeyd edib. 
 
Əhliman Əmiraslanov isə bildirib ki, bu çox ciddi müzakirə tələb edən layihədir: “Aidiyyəti qurumlarla müzakirə edilməlidir. Bəlkə, bu barədə gələcəkdə dinləmə keçirə bilərik. Daha sonra qanunvericilik sənədlərində dəyişiklik edilə bilər. İmkanlarımızı, maliyyə tutumunu düşünmək lazımdır”. 

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.