Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
Cəmiyyət / 25-02-2026, 18:08

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

 

Fevralın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Daşkəsən, Goranboy, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.